Son dəqiqə

NATO İran Yens Stoltenberq

İran regionda sabitliyi pozur - Stoltenberq

Bakı. TurkicWorld:

İran regionda sabitliyi pozur.

TurkicWorld-un məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"İran daxildə zülmkar, xaricdə isə aqressiv rəftar nümayiş etdirir. İran, sabitlik və təhlükəsizliyə ehtiyacı olan Yaxın Şərqdə sabitliyin pozulmasına görə məsuliyyət daşıyır. Qırmızı dənizdə gəmilərə hücum edən husilərə İranın verdiyi dəstək bölgədə gərginliyin artması riskini də öz bərabərində gətirir",- deyə o bildirib.

Stoltenberq qeyd edib ki, ABŞ və NATO birlikdə dünyanın iqtisadi və hərbi gücünün 50 faizini təşkil edir, amma Çin və Rusiyanın NATO kimi gücləri yoxdur. Ona görə də həmişə birliyimizi pozmağa çalışırlar.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər