Ermənistanın KTMT-də fəaliyyətini davam etdirəcəyinə ümid edirik - Peskov

Ermənistanın KTMT-də fəaliyyətini davam etdirəcəyinə ümid edirik - Peskov

Bakı. TurkicWorld:

Rusiya Ermənistan tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin davam edəcəyinə ümid edir.

TurkicWorld xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın KTMT-nin Minsk görüşündə təmsil olunmayacağından təəssüflənir.

"Sözsüz ki, Ermənistanın sabahkı sammitdə yüksək səviyyədə iştirak etməyəcəyinə yalnız təəssüf etmək olar. İşçi və ekspertlər səviyyəsində iştirakın olacağına ümid edirik. Əlbəttə, ümid edirik ki, Ermənistan təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcək", - Kreml nümayəndəsi deyib.

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyəcəklərini bildiriblər.