Bakı. TurkicWorld:
Niger Almaniya səfirinin ölkəni tərk etməsini tələb edib.
TurkicWorld-un məlumatına görə, Almaniya səfiri Oliver Şnakenberqə 48 saat ərzində ölkəni tərk etməsi tələb edilib.
Niger XİN-in Almaniya XİN-ə göndərdiyi sənəddə Şnakenberqin nazirliyə çağırıldığı, lakin səfirin bu dəvətə cavab vermədiyi bildirilib.
Bu səbəbdən də sənəddə səfir Şnakenberqin görüşünün ləğv edildiyi, Şnakenberqin 48 saat ərzində ölkəni tərk etməsi tələb edildiyi bildirilib.
Məlumat üçün qeyd edək ki, Fransa səfirinin də ölkəni tərk etməsi üçün 48 saat verilib.
Hafiz Rufizoğlu







