Son dəqiqə

Peru

Peruda Guillain Barre sindromu hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bakı. TurkicWorld:

Peruda Guillain Barre sindromu hallarının artması səbəbindən 90 günlük milli sağlamlıq fövqəladə vəziyyəti elan edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə hökumətin rəsmi “El Peruano” qəzeti məlumat yayıb.

Perunun səhiyyə naziri Sezar Vaskes Sançes bildirib ki, bu müddət ilk növbədə səlahiyyətlilərə bu cür halların müalicəsi üçün lazım olan 5000 ampula immunoqlobulini təcili almağa imkan verəcək. Əvvəllər baha olduğundan və əsas dərmanlar siyahısına daxil edilmədiyindən onları almaq mümkün olmayıb. O vurğulayıb ki, bu ehtiyatlar xəstələrin 2 ilə qədər lazımi pulsuz müalicə ilə təmin olunmasına kifayət edəcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, may ayında ölkədə 190-a yaxın Guillain-Barre sindromu aşkarlanıb, onlardan dördü ölümcül olub, 147 nəfər sağalıb, 31 nəfərin müalicəsi davam etdirilir.

Sindromun yayılmasının səbəbləri hələ müəyyən edilməyib.

Mövzuya görə xəbərlər