Bakı. TurkicWorld:
Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasından çıxmasını təsdiqləyib.
TurkicWorld xəbər verir ki, Moldova hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında MDB PA haqda Konvensiyanın denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiq edən qətnamə qəbul edib.
Bu qərarın qəbulundan sonra ölkənin MDB PA-dan çıxmasına dair sazişin qanun layihəsinə parlamentdə baxılacaq. Konvensiyanın denonsasiyası haqqında qanuna parlamentdə baxılmalı və qəbul edilməlidir.
Qeyd edək ki, Moldova parlamentinin spikeri İqor Qrosu ötən ayın ortalarında ölkəsinin MDB PA-dan çıxması prosesinin başlandığını elan edib.