Əfqanıstan İran yanacağından tamamilə imtina edib.
TurkicWorld xəbər verir ki, bunu İranın Neft Məhsulları İxracatçıları Birliyinin başçısı Həmid Həsəni deyib.
“Əfqanıstan ilə İraq Özbəkistan və Rusiyadan daha keyfiyyətli, yüksək standartlara cavab verən benzin idxal edirlər. Buna görə də Taliban İran yanacağından tamamilə imtina edib”, - o bildirib.
Qeyd edək ki, 2020-ci ilin mayından 2021-ci ilin mayına qədər İran Əfqanıstana 400 min ton yanacaq ixrac edib. Son bir ay ərzində Əfqanıstan hökuməti İranın 100-ə yaxın benzin tankerini yanacağın keyfiyyətsizliyinə görə geri qaytarıb.
Mehriban Xəlilli
@MXalilbakova