ATƏT dağıla bilər - Estoniya XİN rəhbəri

ATƏT dağıla bilər - Estoniya XİN rəhbəri

Bakı. TurkicWorld:

"Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər".

TurkicWorld xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

"Əgər 2024-cü ildə sədr olmazsa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq", - deyə Haavisto bildirib.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.