Son dəqiqə

Azərbaycan Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Bakı. TurkicWorld:

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.

Mövzuya görə xəbərlər