AzTV İrəvandakı Göy məscidin ən son kadrlarını yayıb

AzTV İrəvandakı Göy məscidin ən son kadrlarını yayıb

Bakı. TurkicWorld:

AzTV qədim Azərbaycan şəhəri olan İrəvandan eksklüziv görüntülər yayımlayıb.

Rövşən Məmmədovun aparıcısı olduğu "Həftə" verilişində yayımlanan görüntülər məhz AzTV üçün çəkilib.

Süjetdə 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş Göy məscidin ən son kadrları yer alıb.

"Adı gələndə ürəyimiz titrəyən Qərbi Azərbaycandan gözümüz hər zaman bir video, şəkil, görüntü axtarır. AzTV olaraq çətinliklə olsa da, həmin görüntüləri əldə etmişik. Göründüyü kimi, tarixi tikililər istər forma, istərsə də naxışları, üslubu ilə bu torpaqların azərbaycanlılara məxsus olduğunu ortaya qoyur.

Bu kadrlar hələ ki bizdə nisgil, həsrət yaradır. Əminik ki, bir çoxunuzun gözü yaşardı. Amma ruhdan düşmək olmaz. Qarabağımıza qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq", - deyə R.Məmmədov qeyd edib.