Bakı. TurkicWorld:
Fransada AzTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənirəm.
TurkicWorld xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Anne Boillon bildirib.
"Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə səfir özünün "Twitter" hesabında yazıb.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.