Son dəqiqə

Qarabağ İkinci Qarabağ Müharibəsi Birinci Qarabağ müharibəsi 44 günlük Vətən müharibəsi

Füzulidə Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib

BAKI, TurkicWorld

Şəhid Əliyev Sumbat doğulduğu Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında hərbi orkestrin dövlət himninin sədaları altında torpağa tapşırılıb.

Mərasimdə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin doğmaları və kənd sakinləri iştirak edib.

Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları Füzuli rayonuna gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Rayonun Aşağı Kürdmahmudlu kəndində, şəhidin doğulduğu evdə keçirilən vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Füzuliyə gətirilib.

TurkicWorld xəbər verir ki, Əliyev Sumbat Nüdrət oğlu Birinci Qarabağ müharibəsində -1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab edilib, lakin sonradan nəşi tapılıb.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər