Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib

Bakı. TurkicWorld:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən TurkicWorld -ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.