Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib

Bakı. TurkicWorld:

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istismarı qaydaları barədə bilik və bacarıqları yoxlanılıb və avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilib.

TurkicWorld Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, üsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda mükafatlandırılıb.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir. Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.