Fransanın neokolonializm siyasətinin Cənubi Qafqazdakı sədaları – Ekspertlər “Baku Network” platformasında

Fransanın neokolonializm siyasətinin Cənubi Qafqazdakı sədaları – Ekspertlər “Baku Network” platformasında

Bakı. TurkicWorld:

Baku Network" ekspert platforması çərçivəsində analitik videolayihənin növbəti buraxılışı yayımlanıb.

Layihənin qonaqları – Milli Məclisin deputatı Tural Gəncəliyev, Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli və beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ekspert Novruz Nəbiyev son zamanlar bəzi Avropa dairələrinin, xüsusilə Fransanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, ikili standartlar, haqsız və əsassız bəyanatlar, ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsi barədə riyakar çağırışlardan danışıblar.

Həmçinin, Fransanın qanlı keçmişi, neokolonializm və işğalçılıq siyasəti, korrupsiya və rüşvətxorluğa qurşanmış Fransa siyasi rəhbərliyinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərindən söz açılıb.

TurkicWorld verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır.