Son dəqiqə

Azərbaycan Baku Network Tofiq Abbasov Elbəy Qasımzadə

Qarabağın erməni azlığı gənc nəslin taleyi haqqında düşünməlidir - Elbəy Qasımzadə “Tofiq Abbasovla dialoq” verilişində

Bakı. TurkicWorld:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik video layihəsinin növbəti buraxılışı yayımlanıb.

Verilişin qonağı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar Memar, professor Elbəy Qasımzadə olub.

Qarabağ bölgəsinin erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə danışan Qasımzadə qeyd edib ki, Bakı onlara çox yaxşı təklif edib - qalmaq, Azərbaycan qanunları çərçivəsində yaşamaq.

"Bütün bunlar Azərbaycan qanunları çərçivəsində baş verəcək. Özlərini düşünməsələr də, qoy bir daha gənc nəslin taleyi haqqında düşünsünlər. Onlar gələcək haqqında düşünməli, qüvvələrin real imkanlarını görməlidirlər", - deyə o bildirib.

TurkicWorld verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Mövzuya görə xəbərlər