Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Bakı. TurkicWorld:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabinetinin İşlər naziri Məhəmməd bin Abdulla Əl Qerqavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı yüksək texnologiyalar, süni intellekt, rəqəmsallaşma, şəhər infrastrukturunun modernləşdirilməsi, regionların ticarət və investisiya potensialının üzə çıxarılması və digər mövzular üzrə konkret layihə və proqramların həyata keçirilməsi perspektivləri qiymətləndirilib.

Nazir, BƏƏ Prezidenti Şeyx Məhəmməd Əl Nəhyanın və Vitse-Prezident, Baş Nazir, Dubay hökmdarı Şeyx Məhəmməd Əl Məktumun səmimi salamlarını və ən xoş arzularını Özbəkistan Prezidentinə çatdırıb.

Məlumat üçün qeyd edək ki, görüşdən sonra Özbəkistan Prezidenti mövcud proqramların icrasının sürətləndirilməsini və perspektivli layihələrin hazırlanmasını nəzərdə tutan tədbirlər planının yenilənməsi barədə göstəriş verib.

Sonda nazir Əl Qerqavi Özbəkistan və BƏƏ arasında çoxşaxəli münasibətlərin dərinləşməsinə verdiyi böyük töhfəyə və Yeni Özbəkistanda islahatlar proqramına çoxtərəfli dəstəyə görə prezident Mirzoyeyev tərəfindən Özbəkistanın yüksək dövlət mükafatı olan “Dostluq” mükafatı ilə təltif edilib.