Özbəkistanda Fransa biznes forumu keçiriləcək

Özbəkistanda Fransa biznes forumu keçiriləcək

Bakı. TurkicWorld:

Bu ilin aprel ayında Özbəkistanın Daşkənd şəhərində Özbəkistan-Fransa biznes forumu keçiriləcək

TurkicWorld-un məlumatına görə, bu, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə Fransa Respublikasının Özbəkistandakı səfiri Aureliya Buşez arasında keçirilən danışıqlarda qeydə alınıb.

Məlumata görə, Fransanın Xarici Ticarət, İqtisadi Cəlbedicilik və Xaricdə Fransa Vətəndaşları üzrə Nazirin nümayəndəsi Oliver Bechtin sədrliyi ilə Fransanın MEDEF International şirkətinə üzv şirkətlərin nümayəndələrindən ibarət nümayəndə heyəti Özbəkistana gələcək.

Səfər proqramına uyğun olaraq, iki ölkənin işgüzar nümayəndələrinin iştirakı ilə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının və biznes forumun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Parisə səfəri zamanı hər iki ölkə arasında ümumi dəyəri 6 milyard avrodan çox olan layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.