Özbəkistan

Özbəkistan Türk Dövlətləri arasında sənaye alyansının yaradılmasını məqsədəuyğun hesab edir - Aripov

Bakı.TurkicWorld:

Özbəkistan Türk Dövlətləri arasında sənaye alyansının yaradılmasını məqsədəuyğun hesab edir.

TurkicWorld xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclası zamanı bildirib.

"Sənaye əməkdaşlığının və strateji sahələrin inkişafı əsas istiqamətlərdən biridir. Bu baxımdan, Türk Dövlətləri arasında sənaye alyansının yaradılmasını, həmçinin tammiqyaslı sənayeləşmə üçün əlavə dəyər zəncirlərinin formalaşdırılmasına yönəlmiş Strateji Minerallar Proqramının qəbulunun sürətləndirilməsini məqsədəuyğun hesab edirik", – deyə Aripov bildirib

O qeyd edib ki, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi məqsədilə ölkələrin baş nazir müavinləri rəhbərliyində koordinasiya mexanizminin yaradılması vacibdir.

"Bu mexanizmin dəstəyinizə ümid edirik və onun tezliklə təsdiqlənməsini arzulayırıq", – deyə Aripov əlavə edib.

Mövzuya görə xəbərlər