Daşkənd, TurkicWorld
Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası səsvermədə 34,75 faiz səs toplayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında bildirib.
Qeyd edib ki, Liberal Demokratik Partiya üçün səs verənlərin sayı 5,19 milyon nəfər olub. Partiyanın deputat yerlərinin sayı 26-dır.