Son dəqiqə

Özbəkistan

Özbəkistanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, TurkicWorld

Özbəkistanlı güləşçi Uluqbek Rəşidov qızıl medal uğrunda mübarizə aparacaq.

TurkicWorld xəbər verir ki, İordaniyada sərbəst güləş üzrə 17 yaşa qədər (U17) dünya çempionatı davam edir.

Dünya çempionatında yeniyetmələr arasında ikiqat Asiya çempionu Uluqbek Rəşidov 48 kiloqram çəki dərəcəsində güləşçilər arasında final mərhələsinə yüksəlib.

Məlumat üçün qeyd edək ki, daha dörd özbəkistanlı güləşçi təsnifat mərhələsində mübarizə aparacaq.

- 45 kq: Jurabek Rahmonov – Mher Xakobyan (Ermənistan);

- 51 kq: Ozodbek Alijonov – Kevin Birçler (İsveçrə);

- 60 kq: Xudoyberdi Turqunov – Ahora Xateri (İran);

- 92 kq: Əsədbek Erkinjonov – Rodion Sanakoyev (neytral idmançı).

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər