Son dəqiqə

Özbəkistan

Özbəkistan iqtisadiyyatında gənclərin rolu artır

Bakı, TurkicWorld

Gənclərə verilən dəstəklə Özbəkistan iqtisadiyyatında gənc sahibkarların rolu artır.

TurkicWorld xəbər verir ki, 25 il ölkəni idarə edən İslam Kərimovun vəfatından sonra Özbəkistanda iqtisadi və siyasi islahatlar aparılıb.

İqtisadi islahatlara ticarətin önündəki maneələrin azaldılması, şirkətlərin biznes fəaliyyətinin asanlaşdırılması və valyuta bazarının genişləndirilməsi kimi məsələlər daxildir.

Gənc sahibkarlara verilən dəstəklə xüsusilə incəsənət və memarlıq sahələrində layihələr hazırlanıb inkişaf etdirildi.

2019-cu ildə “Moc” adlı birliyi yaradan Odil Məhəmmədov məqsədinin gənclərə dəstək vermək olduğunu bildirib.

Birlik hər il Mocfest adlı festival və tədbirlər təşkil edərək musiqi, rəsm, və s. kimi incəsənət sahələrində fəaliyyət göstərən gənclərin iştirakına şərait yaradır.

Əhalisinin 40 faizinin 25 yaşdan aşağı olduğu Özbəkistanda bu kimi layihələr gənclərin ölkə iqtisadiyyatında rolunu artırır, işsizlik faizini azaldır.

O 26 yaşlı sahibkar layihəsindən danışıb.

“Biz bu layihəyə tanıdığımız yaradıcı insanları, rəssamları, musiqiçiləri, dizaynerləri və memarları bir araya gətirməklə başladıq. Birlik genişləndikcə Özbəkistanda yaradıcı insanların çox olduğunu anladıq.”,- deyə o bildirib.

Əvvəllər bacarıqlı gənclərin iş tapa bilmədikləri üçün Özbəkistanı tərk etdiyini deyən Muhammedov “Bu layihə ilə onları burada saxlayırıq, öz layihələrini inkişaf etdirmələrinə kömək edirik”,-deyə bildirib.

Qeyd edək ki, ölkədə gənclərin sosial mediadan aktiv istifadə etməsi də bu prosesi sürətləndirir.

Mövzuya görə xəbərlər