Bakı. TurkicWorld:
TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə Daşkənddə Türk Dünyası Kinematoqrafçılar İttifaqı yaradılıb.
TurkicWorld-un məlumatına görə, tədbirdə Azərbaycan Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, “Qazaxfilm” assosiasiyasının prezidenti Azamat Satıbaldı, Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdos Abduxalikov, Türkiyə Kinematoqrafiya Departamentinin baş direktoru Erkin Yılmazot, Qırğızıstan Kinematoqrafiya Departamentinin direktoru Akjol Bekbolotov, o cümlədən TÜRKSOY-un kinematoqrafiya üzrə nümayəndəsi Salim Ezer iştirak ediblər.
Assosiasiya, türk dünyası kino sənətinin dirçəldilməsi, ortaq kino layihələrinin yaradılması, yeni filmlərin birgə istehsalı, o cümlədən ən yaxşı filmlərin beynəlxalq arenaya çıxarılması, türk dünyasından olan filmlər üçün vahid film yayımı sisteminin yaradılması məqsədilə yaradılıb.
Daşkənd Beynəlxalq Film Festivalının və Qorqud-Ata Beynəlxalq Film Festivalının səviyyəsinin dünya standartlarına yüksəldilməsi prioritet məsələlərdən biridir.
Gələcəkdə türk xalqlarının ortaq kino layihələri üçün platformaya çevriləcək Türk Dünyası Kino Akademiyasının yaradılması nəzərdə tutulur.
Aytac Süleymanova
Twitter: a_alieva_