Son dəqiqə

Çin Rusiya Türkmənistan

Türkmənistanın XİN rəhbəri Rusiya və Çin səfirləri ilə görüşüb

Bakı,TurkicWorld

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Rusiya Federasiyasının səfiri İvan Volınkin və Çin Xalq Respublikasının səfiri Qian Naicheng ilə görüşüb.

TurkicWorld xəbər verir ki, 2024-cü il sentyabrın 18-də Meredovun iki ölkənin səfiri ilə görüşü olub.

Görüşlər zamanı siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri hərtərəfli müzakirə edilib.

Naicheng ilə görüş zamanı tərəflər “Mərkəzi Asiya – Çin” formatında əməkdaşlığın səmərəliliyini vurğulayıblar.

Bundan əlavə, bu il keçiriləcək birgə tədbirlərə hazırlıq işləri də nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər