Türkmənistan Ankarada keçiriləcək beynəlxalq kosmik texnologiyalar konfransında iştirak edəcək

Türkmənistan Ankarada keçiriləcək beynəlxalq kosmik texnologiyalar konfransında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkmənistan 24-26 aprel 2024-cü il tarixlərində Ankarada keçiriləcək beynəlxalq kosmik texnologiyalar konfransında iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, Kosmik Texnologiyalar Konfransı qısa bir zamanda Mərkəzi Avrasiya kosmik sənayesində qərar qəbul edənlərin illik görüş yerinə çevrilib və dünyanın hər yerindən kommersiya təşkilatları və regional hökumət təşkilatları burada bir araya gəlir.

Konfransda Azərkosmos Kosmik Agentliyi, Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aviasiya Sənayesi Nazirliyi, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi və BƏƏ Milli Kosmik Agentliyi də iştirak edəcək.

Qeyd edək ki, ötən il Özbəkistanda keçirilən konfransda 28 ölkədən 49 məruzəçi, 21 sponsor və 303 nümayəndə iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_