Bakı. TurkicWorld:
NATO-nun Təkmilləşdirilmiş Hava Müşahidə missiyası çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının F-16-ları Rumıniyaya gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, təyyarələr NATO-nun Gücləndirilmiş Hava Müşahidə Bloku-64 missiyası çərçivəsində fəaliyyətə başlayıb.
“Ölkəmizin üzərinə götürdüyü bu missiya 2024-cü il martın 31-dək davam edəcək. Bu missiyada şəxsi heyətimizə vəzifələrində uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilib.