Son dəqiqə

SOCAR Türkmənistan Rövşən Nəcəf

SOCAR Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır

Bakı. TurkicWorld:

SOCAR Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır.

TurkicWorld-un məlumatına görə, Aşqabadda keçirilən 28-ci Beynəlxalq “Türkmənistan Neft və Qaz - 2023” konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf “Türkmənqaz” və “Türkmənpetrol” qurumları ilə enerji tərəfdaşlığının inkişafını yüksək qiymətləndirib və Türkmənistanda nümayəndəliyin açılması planlarından danışıb.

Rövşən Nəcəf qeyd edib ki, hazırda bir çox sahələrdə, xüsusilə enerji sektorunda müxtəlif layihələr uğurla həyata keçirilir ki, buna da Xəzər dənizində “Dostluk” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə imzalanmış Anlaşma Memorandumu və Türkmənistandan Cənubi Azərbaycana qaz mübadiləsinin təmin edilməsinə dair saziş kömək edib.

Türkmənistandan neftin Azərbaycan ərazisindən tranzitlə beynəlxalq bazarlara çatdırılmasında uğurla əməkdaşlıq etdiklərini qeyd edən Rövşən Nəcəf qeyd edib ki, bu ilin 8 ayında ölkələr arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfəyə yaxın artıb.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər