Bakı. TurkicWorld:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün Nyu Yorka səfər edən Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, görüşdə Türkmənistanın BMT və onun ixtisaslaşmış strukturları ilə uzunmüddətli əməkdaşlığının səmərəli istiqamətləri vurğulanıb.
"Türkmənistan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və beynəlxalq münasibətlərdə əsas tənzimləyici orqan kimi çıxış etməyə və qlobal çağırışların yaratdığı problemləri həll etməyə çağırılan BMT Nizamnaməsinin prinsiplərinə sabit şəkildə əməl edir. Bu kontekstdə BMT ilə çoxşaxəli əməkdaşlıq Türkmənistan üçün strateji prioritetdir",- deyə Sərdar Berdiməhəmmədov bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.