Son dəqiqə

BMT Antonio Quterreş Yaxın Şərq ərzaq təhlükəsizliyi Qlobal İqtisadiyyat inkişaf etməkdə olan ölkələr borc böhranı ABŞ-İran

BMT baş katibi: İnkişaf etməkdə olan ölkələr “ən böyük enerji şoku” ilə üz-üzədir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin inkişaf etməkdə olan ölkələr üçün ciddi iqtisadi böhran yaratdığını bildirib.

TurkicWorld xəbər verir ki, o bu barədə sosial şəbəkə paylaşımında açıqlama verib.

Quterreş qeyd edib ki, regionda davam edən gərginlik “ən böyük enerji şokunu” doğurub.

BMT baş katibinin sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr üçün bu vəziyyət təkcə enerji böhranı deyil, həm də borc, ərzaq və inkişaf sahələrində ciddi təzyiq deməkdir.

O vurğulayıb ki, ABŞ və İran arasında aparılan yüksək səviyyəli danışıqlar münaqişənin dayandırılması istiqamətində mühüm rol oynaya bilər.

Quterreş həmçinin qeyd edib ki, mümkün diplomatik razılaşma müəyyən rahatlama yaratsa da, iqtisadi təsirlərin uzunmüddətli olacağı gözlənilir.

Mövzuya görə xəbərlər