Son dəqiqə

Türkmənistan Qətər

Türkmənistan nümayəndə heyəti EXPO-Doha 2023 hazırlıq iclasında iştirak edib

Bakı. TurkicWorld:

Türkmənistan nümayəndə heyəti EXPO-Doha 2023 hazırlıq iclasında iştirak edib.

TurkicWorld-un məlumatına görə, Türkmənistan Ticarət və Sənaye Palatasının prezidenti Mergen Qurdovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq “Expo 2023 Sərgisi”nə hazırlıq məsələlərini müzakirə etmək üçün Dohada keçirilən Beynəlxalq İştirakçılar Toplantısında iştirak edib.

“Expo 2023 Sərgisi”, 2 Oktyabr 2023 - 28 Mart 2024 tarixləri arasında Qətərdə "Yaşıl səhra, daha yaxşı mühit" şüarı ilə keçiriləcək. İclasa 70-dən çox iştirakçı ölkədən nümayəndə heyətləri dəvət olunub.

İclasın gündəliyinə tikinti sahələrinin və EXPO ərazilərinin idarə olunması, sağlamlıq və təhlükəsizlik məsələləri, EXPO zamanı tədbir ziyarətçilərinə təklif olunacaq xidmətlər, nəqliyyat, logistika və kommunikasiya məsələləri və bir çox digər məsələlərlə bağlı təşkilati məsələlər daxil edilib.

Səfər çərçivəsində tərəflər ətraf-mühitin mühafizəsi tədbirlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Türkmənistanın Milli Günündə keçirilməsi planlaşdırılan tədbirlərə də böyük maraq göstərilib.

İclasın ikinci günü iştirakçıların tikinti və layihələndirmə işlərinin gedişi ilə tanış olması üçün Sərgi ərazisinə səfər təşkil olunub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər