Türkiyədə prezident namizədlərinin son proqramları açıqlanıb

Türkiyədə prezident namizədlərinin son proqramları açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyədə prezident namizədlərinin son proqramları açıqlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı son mitinqini İstanbulda keçirdikdən sonra Ayasofya məscidində namaz qılaraq proqramını tamamlayacaq.

Məlumata əsasən, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə son mitinqini Ankarada tamamladıqdan sonra Anıtkabiri ziyarət edəcək.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01