Son dəqiqə

Türkiyə PKK Rəcəb Tayyib Ərdoğan FETÖ Türkiyə Prezident seçkiləri Məhərrəm İncə

Muharrem İncə Kılıçdaroğluna rəqib olduğu üçün belə bir hücumla üzləşdi - Ərdoğan

Bakı, TurkicWorld:

Türkiyənin Memleket partiyasının sədri Muharrem İncə kaset şantajları ilə partiyaya gələn Kamal Kılıçdaroğluna rəqib olduğu üçün belə bir hücumla üzləşdi, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Seçim özel" ortaq yayımında deyib.

Prezident Ərdoğan onu da bildirib ki, Muharrem İncə ilə telefonla danışıb və ona dövlət olaraq köməyə hazır olduğunu deyib.

"Söhbət PKK və FETÖ terror təşkilatları ilə əməkdaşlıq edən birindən gedir və hər cür təhlükəni gözləmək lazımdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər