Roketsanın istehsal etdiyi TAYFUN ballistik raketi sınaqdan keçirilib

Roketsanın istehsal etdiyi TAYFUN ballistik raketi sınaqdan keçirilib

Bakı. TurkicWorld:

ROKETSAN tərəfindən hazırlanan və Türkiyədə indiyə qədər istehsal edilən ən uzunmənzilli ballistik raket sistemi TAYFUN sınaqdan keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demir bildirib.

"Biz yeni texnologiyalar inkişaf etdiririk, mövcud texnologiyaların kombinasiyası ilə müxtəlif modellər, versiyalar hazırlayırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında olan ən uzun mənzilli raket 280+ kilometr mənzilə malikdir. TAYFUN BORA-dan iki dəfə çox məsafəyə malikdir.

Aytac Əliyeva

Twitter: a_alieva_