Sinan Oğan Prezident seçkilərindəki namizədliyindən geri çəkilmir

Sinan Oğan Prezident seçkilərindəki namizədliyindən geri çəkilmir

Bakı. TurkicWorld:

Türkiyənin müxalifətdə olan Ata İttifaqından irəli sürülən namizəd Sinan Oğan Prezident seçkilərindəki namizədliyindən geri çəkilmir.

TurkicWorld -un məlumatına görə, bu barədə o, öz rəsmi twitter hesabında paylaşım edib.

"Əziz millətim, sona qədər mübarizəmizi davam etdirəcəyik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyə KİV-lərinin az əvvəl verdiyi məlumatda, Sinan Oğanın Prezidentliyə namizədlikdən geri çəkiləcəyi bildirilmişdi.

Məlumat üçün bildirək ki, bugün Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə Prezidentliyə namizədlikdən geri çəkilib.

Aytac Əliyeva

Twitter: a_alieva_