Sinan Oğanın Prezidentliyə namizədlikdən çəkiləcəyi ehtimal edilir

Sinan Oğanın Prezidentliyə namizədlikdən çəkiləcəyi ehtimal edilir

Bakı. TurkicWorld:

Türkiyənin müxalifətdə olan Ata İttifaqından irəli sürülən namizəd Sinan Oğanın bugün Prezident seçkilərindəki namizədliyini geri çəkməyi gözlənilir.

Bu barədə TurkicWorld Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumatda Oğanın bu addımı hansı səbəbdən atacağı açıqlanmasa da, onun bu axşam ölkə telekanallarının birində məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Qeyd edək ki, bugün Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə Prezidentliyə namizədlikdən geri çəkilib.