Bakı. TurkicWorld:
Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə Prezidentliyə namizədlikdən geri çəkilib.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Prezidentliyə namizədin etibarı önəmlidir. Bu ölkənin prokurorları, bu ölkənin mətbuatı mənim etibarımı qorumalı idi. Nə qədər qeyri-qanuni təşkilatlar varsa, xaricdən hücum edir. Bir tərəfdən FETÖ-nün, digər tərəfdən PKK-nın hücumlarına məruz qalıram", - deyə o bildirib.
Muharrem İncə qeyd edib ki, Məmləkət Partiyası Türkiyənin gələcəyi üçün vacibdir. Bu səbəbdən də parlamentdə olmalıdır.
Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.







