MÜSİAD 33 yaşını qeyd edir

MÜSİAD 33 yaşını qeyd edir

Bakı. TurkicWorld:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 33 yaşını qeyd edir.

TurkicWorld-un məlumatına görə, bu haqda MÜSİAD-ın sosial media hesabındakı paylaşımda qeyd edilib.

“Kökümüzdən, dəyərlərimizdən və üzvlərimizdən aldığımız güclə müstəqillik və gələcək naminə sədaqətlə çalışır, məhsuldar və böyük Türkiyə idealı ilə bir və bərabər olaraq işıqlı sabahlara doğru addımlayırıq” – deyə paylaşımda deyilir.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.