Son dəqiqə

Türkiyə TUSAŞ Temel Kotil KAAN

TUSAŞ tərəfindən hazırlanan KAAN-ın qiyməti açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-ın qiymətinin 100 milyon dollar (təxminən 2 milyard lirə) olacağı gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

T.Kotil onu da qeyd edib ki, 2029-cu ilə qədər ayda iki təyyarə istehsal ediləcəyi planlaşdırılır və bu da 2,4 milyard dollar edir.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Bundan əlavə, KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər