Bakı. TurkicWorld:
Türkiyə seçkiləri ərəfəsində PKK xaricdəki seçicilərə qarşı təxribat törətməyə davam edir.
TurkicWorld-un məlumatına görə, Amsterdamda 14 May Türkiyə seçkiləri üçün səsvermədə iştirak edən seçicilərə qarşı PKK üzvləri tərəfindən təxribat törədilib.
PKK üzvləri səsvermə prosesinin getdiyi seçki məntəqəsinə hücum ediblər.
Hadisə yerinə çoxlu sayda hüquq - mühafizə orqanları və təcili tibbi yardım maşınları cəlb olunub. Polis tərəfindən PKK üzvləri zərərsizləşdirilib.
Məlumat üçün bildirək ki, Türkiyənin Ali Seçki Şurası (YSK) xaricdə səs verən seçicilərin sayını 697 min 577 nəfər olacağını qeyd edib.
Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.







