Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanı

İstanbul Atatürk Hava Limanı Milli Parkının açılışı olub

Bakı. TurkicWorld:

Bu gün Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Hava Limanı Milli Parkının ilk hissəsi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi “Böyük İstanbul Toplantısı” ilə açılıb.

TurkicWorld-un məlumatına görə, toplantıya 1 milyon 700 mindən çox insan qatılıb.

Park salma işləri tamamilə tamamlandıqda təxminən iki milyon kvadratmetr sahədə istifadəyə veriləcək Atatürk Hava Limanı Milli Bağının birinci mərhələsinin tikintisi 499 min kvadratmetr sahəni əhatə etməklə başa çatıb.

Qeyd edək ki, bağda indiyədək 10 min 81 ağac və 41 min ədəd bitki əkilib.

Məlumat bildirək ki, Türkiyə tarixində ən böyük yaşıllıq zolağı olan 314 bağçada işlər davam etdirilərkən, 484 milli bağ vətəndaşların istifadəsinə verilmişdir.

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi 2028-ci ilə qədər yaşıl sahəni 200 milyon kvadratmetrə çatdırmağı hədəfləyib.

Əlavə olaraq qeyd edək ki, Atatürk Hava Limanı Milli Bağı dünyanın beşinci, Türkiyənin isə ən böyük şəhər parkı olacaq.

Mövzuya görə xəbərlər