Davutoğlunun Partiyasında kütləvi şəkildə istefa edilib

Davutoğlunun Partiyasında kütləvi şəkildə istefa edilib

Bakı TurkicWorld

7 partiyalı koalisiyanın kiçik tərəfdaşlarından biri olan Türkiyə Gələcək Partiyasında ölkədə keşirilən 14 may seçkilərinə bir neçə gün qalmış toplu şəkildə istefa verilib.

TurkicWorld xəbər verir ki, Ərzurumda partiyadan istefa verən 300 nəfər AK Partiya sıralarına qoşulub.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Mehriban Xəlilli