Türkiyədə AK Partiya binasına silahlı hücum edilib

Türkiyədə AK Partiya binasına silahlı hücum edilib

Bakı TurkicWorld

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelikin millət vəkili namizədi olduğu seçki bürosuna silahlı hücum edilib.

TurkicWorld xəbər verir ki, seçki bürosuna rəhbərlik edən Cumali Günal iki nəfərin bıçaqlı hücumu nəticəsində yaralanıb və xəstəxanaya aparılıb.

İnsident Türkiyə vaxtilə saat 18.30 radələrində baş verib.

Şübhəlilərdən Sezer A. polis tərəfindən zərərsizləşdirilib, digər şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

Qeyd edək ki, aprelin 20-də Adananın Çukurova vilayətində Ədalət və İnkişaf Partiyasının (AKP) binasına silahlı hücum olub.

Mehriban Xəlilli