ATƏT PA-nın 100-dən çox müşahidəçisi mayın 14-də keçiriləcək seçkilər üçün Türkiyəyə səfər edəcək

ATƏT PA-nın 100-dən çox müşahidəçisi mayın 14-də keçiriləcək seçkilər üçün Türkiyəyə səfər edəcək

Bakı TurkicWorld

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə 100-dən çox müşahidəçi göndərəcək.

TurkicWorld xəbər verir ki, bu barədə assambleyanın saytında dərc olunmuş bəyanatda deyilir .

“Mayın 14-də keçiriləcək seçkilər üçün ATƏT PA-nın 100-dən çox müşahidəçisi Türkiyəyə səfər edəcək. Michael Georg Link (almaniyalı deputat)

ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən xüsusi əlaqələndirici təyin edilib, Fərəh Kərimi (Hollandiya parlamentinin deputatı) isə qurumun rəhbəri vəzifəsini icra edəcək”, - məlumatda qeyd olunub.

Qeyd olunur ki, ATƏT PA-dan olan müşahidəçilər Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası ilə sıx əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.

Mehriban Xəlilli