Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz Resmi Gazete Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyi

Türkiyədə təbii qaz may ayının sonunadək ödənişsiz veriləcək

Bakı, TurkicWorld:

Türkiyədə 24 aprel 2023-cü il tarixindən 31 may 2023-cü il tarixinə qədər yaşayış yerləri və ibadət evlərinə 25kubmetrə qədər ödənişsiz qaz veriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Rəsmi Qəzetində məlumat dərc edilib.

Məlumata əsasən, sistemdən istifadə haqları Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin büdcəsi hesabına ödəniləcək.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Aprelin 20- də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib.

Bundan əlavə, Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər