Ən böyük vəzifəmiz türk dünyasının əlaqələrini daha da genişləndirməkdir - Mustafa Şentop

Ən böyük vəzifəmiz türk dünyasının əlaqələrini daha da genişləndirməkdir - Mustafa Şentop

Bakı, TurkicWorld:

Müstəqil türk dövlətləri şərq və qərb arasında önəmli mövqeyə malikdir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 12-ci iclasında çıxışı zamanı bildirib.

"Ən böyük vəzifəmiz türk dünyasının əlaqələrini daha da genişləndirməkdir. Növbəti onilliklərdə ötən illərdə gördüyümüzdən daha çox işlər görməkdə qərarlıyıq", - deyə o əlavə edib.

M.Şentop onu da qeyd edib ki, haqsızlıq və zülmə məruz qalanlar arasında türk xalqları və müsəlman cəmiyyətləri mühüm yer tutur.

"Ənənəvi diplomatik tədbirlərlə həll edilə bilməyən məsələlər parlament diplomatiyası ilə həll oluna bilər. Problemlərin həlli yalnız qanunverici orqanlar arasında diplomatik əlaqələr vasitəsilə mümkündür”, - deyə o bildirib.

Ləman Əsədli
Lamanasadli01