Son dəqiqə

Türkiyə Körpü Adana Büyükşehir Bələdiyyəsi

Türkiyədə Adana 15 Temmuz Şəhidlər Körpüsü istifadəyə veriləcək

Bakı, TurkicWorld:

Türkiyənin Seyhan və Yüreğir rayonlarını ayıran 1 min 669 kilometr uzunluğundakı Adana 15 Temmuz Şəhidlər Körpüsü açılış mərasimindən sonra istifadəyə veriləcək.

TurkicWorld xəbər verir ki, körpü sahəsi baxımından Türkiyənin 4-cü ən böyük körpüsü olacaq.

Məlumata əsasən, körpüdə dəmir yolu sistemi də var. Üçü gediş, üçü geri dönüş olmaqla, ümumilikdə altı zolağı olan 15 Temmuz Şəhidlər Körpüsü Adananın şimalında nəqliyyatın əhəmiyyətli arteriyalarından biri olacaq.

Qeyd edək ki, körpünün tikintisinə 2016-cı ildə Adana Büyükşehir Bələdiyyəsi tərəfindən başlanılıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər