Prezident Ərdoğanın səhhətində heç bir problem yoxdur – Fuat Oktay

Prezident Ərdoğanın səhhətində heç bir problem yoxdur – Fuat Oktay

Bakı. TurkicWorld:

Prezident Rəcəb Tayyib Ərdoğanın səhhətində heç bir problem yoxdur.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

“Prezidentimizin səhhəti yaxşıdır. Biz daimi olaraq onunla ünsiyyətdəyik. Sadəcə olaraq bir az soyuqlamışdı”- deyə Fuat Oktay deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən canlı yayım əsnasında narahatlığını ifadə edərək canlı yayımda iştirak edə bilməyəcəyini bildirmişdi.