Bakı, TurkicWorld:
Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ilk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib.
TurkicWorld xəbər verir ki, sınaq uçuşu uğurla tamamlanıb.
Məlumata əsasən, reaktiv təyyarənin 2025-ci ilin sonundan etibarən reaktiv təlimçi variantının təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, HÜRJET hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.