Türkiyənin enerjidəki müstəqillik atəşi Filyosdan bütün ölkəyə yayılır – Fatih Dönmez

Türkiyənin enerjidəki müstəqillik atəşi Filyosdan bütün ölkəyə yayılır – Fatih Dönmez

Bakı. TurkicWorld:

Türkiyənin enerjidəki müstəqillik atəşi Filyosdan bütün ölkəyə yayılır.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Filyosda Qara dəniz təbii qazının istismara verilməsi mərasimində çıxış edərkən qeyd edib.

“Xarici şirkətlərlə Qara dənizdə qazma işləri apardıq. Heç bir nəticəyə gələ bilmədik. Türkiyə qərar verməli idi. Ya belə davam edəcəkdik, ya da öz gəmimizdə, öz insan resurslarımızla davam edəcəkdik. Biz sonuncunu seçdik” – deyə Dönmez bildirib.

Məlumat üçün qeyd edək ki, Qara dəniz qazı ilk kəşfdən hasilata qədər dünyanın ən qısa layihəsi olaraq qeyd olunur. On quyuda sutkada 10 milyon kubmetr, ikinci mərhələdə isə 40 milyon kubmetr təbii qaz hasil ediləcəyi planlanır. Layihə başa çatdıqdan sonra bu ümumi məbləğin 30 faizini əhatə edəcək.

“Fatih gəmisi bir millətin taleyinin dəyişdirilməsində aparıcı rol oynadı. Hər cür embarqoya, hədə-qorxuya baxmayaraq, bacardıq, Bu gün Türkiyənin enerjidəki müstəqillik atəşi Filyosdan bütün ölkəyə yayılır” – deyə nazir qeyd edib.