Türkiyə istehlak etdiyi təbii qazın hamısını xaricdən alır - Fatih Dönmez

Türkiyə istehlak etdiyi təbii qazın hamısını xaricdən alır - Fatih Dönmez

Bakı, TurkicWorld:

Qara dəniz yatağındakı təbii qazın dəyəri 500 milyard dollardır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

“Türkiyə istehlak etdiyi təbii qazın hamısını xaricdən alır. Nefti də əlavə edəndə 100 milyard dollar edir. Qara dəniz təbii qazı istismara verildikdən sonra əldə etdiyimiz qazancı türk sahibkarlarının xeyrinə istifadə edəcəyik”, - deyə nazir əlavə edib.

O, həmçinin qeyd edib ki, may ayından təbii qaz evlərə verilməyə başlayacaq.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasiminin keçiriləcəyi gözlənilir.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.