Son dəqiqə

Türkiyə Diyarbakır

Diyarbakırda 100-dən çox narkotik taciri həbs edilib

Bakı, TurkicWorld:

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Diyarbakır vilayətində keçirilən 50-ci “Kökünü qurutma” əməliyyatı nəticəsində 215 şübhəlidən 133-ü həbs edilib.

TurkicWorld xəbər verir ki, onlardan 12-i məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılsa da, 70-i ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 21 şübhəlinin axtarışı davam edir.

Məlumat üçün qeyd edək ki, 50-ci “Kökünü qurutma” əməliyyatı aprelin 14-də Diyarbakır, Elazığ, Mardin, Ağrı, İstanbul, Çankırı, Mersin və Malatyada 2 min 135 polis-jandarma qrupları və 20 narkotik axtarış itinin iştirakı ilə keçirilib.

Mövzuya görə xəbərlər